Bakı sakinləri qarpızdan zəhərləndi

  Bölmə: Cəmiyyət | 99 | 11:51 07-08-2017

Bakıda qarpızdan kütləvi zəhərlənmə olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Səbinə Bahadurova, 1994-cü il təvəllüdlü Tünzalə İmamzadə, 1990-cı il təvəllüdlü Nicat Nəsirov və 1986-cı il təvəllüdlü Araz Camalov qarpız zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Zəhərlənənlərin iş yoldaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A.M.


Digər xəbərlər

0.41416883468628