Mərhum müğənninin mükafat və aksessuarları oğurlandı – VİDEO + FOTO

  Bölmə: Şou-biznes | 36 | 12:48 07-08-2017

2007-ci ildə Bodrumda keçirdiyi yol qəzasında vəfat edən Türkiyənin tanınmış rok ifaçısı Barış Akarsunun anasının yaşadığı evə oğrular hücum edib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər veirr ki, B.Akarsunun otağında olan papaq, gitara, aksessuar, mükafatları və digər əşyaları oğurlanıb.

28 yaşlı övladını itirən dərdli ana oğlunun əşyalarının oğurlanması ilə ikinci dəfə şok yaşayıb.

Hadisəni törədənlərin kimliyi hələlik məlum deyil. Oğurluq hadisəsinə görə istintaq başladılıb.

Qeyd edək ki, Barış Akarsu 2004-cü ildə Türkiyənin ATV kanalında yayımlanan “Akademi Türkiye” yarışmasının qalibi olub. Bundan sonra İstanbulda musiqi fəaliyyətinə davam edən ifaçı 200-dən çox konsert verib.

2005-ci ilin yanvarında ilk albomu “Islak, ıslak” satışa buraxılıb. 2006-cı ilin avqustunda ikinci albomu - “Düşmeden bulutlarda koşmam gerek” işıq üzü görüb. 2006-cı ildən Türkiyənin “Star” telekanalında nümayiş olunan “Yalancı yarim” serialında baş rolda oynayıb.

Aytən Sadıqzadə


Digər xəbərlər

0.56192898750305