Festivalda doğulan uşağa ömürlük pulsuz bilet verilib

  Bölmə: Cəmiyyət | 36 | 14:06 07-08-2017

Hamilə qadın Almaniyada keçirilən musiqi festivalında uşaq dünyaya gətirib.

Oxu.Az-ın germania.one-a istinadən verdiyi məlumata görə, hamilə olduğundan xəbərsiz olan 20 yaşlı qadının uşağı festivalın çadır şəhərciyində doğulub. 

Nature One texno-musiqi festivalının təşkilatçıları yeni doğulan körpənin 16 yaşından sonra ömürlük festivala pulsuz bilet ilə təmin ediləcəyini açıqlayıb. Həm ana, həm də körpə xəstəxanaya çatdırılıb, onların vəziyyəti yaxşıdır. 

İ.F.

 


Digər xəbərlər

0.37091398239136