ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23.3% azalıb

  Bölmə: İqtisadiyyat | 126 | 14:57 07-08-2017

2017-ci ilin 6 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Oxu.Az Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23.3%, avro ilə əməliyyatların həcmi isə 4.8% azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 85.9%-i ABŞ dollarında, 14.1%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24.4%- i banklararası valyuta bazarında (BVB), 75.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57.6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95.7%-ini hüquqi şəxslərə valyuta satışı təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 6 ayı ərzində 151 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 91 mln. ABŞ dolları xalis alış həyata keçirilib.

L.Ə.

 


Digər xəbərlər

0.43629598617554