Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu – YENİLƏNİB

  Bölmə: Şou-biznes | 45 | 14:57 07-08-2017

Ölkədən çıxışına qadağa qoyulduğu deyilən teleaparıcı Kamran Həsənli qarşı tərəfin iddialarına cavab verib.

Oxu.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən K.Həsənli bunun köhnə söhbət olduğunu və bu barədə danışmaq istəmədiyini deyib: “Onlar bu barədə əlli dəfə danışıblar, mətbuat konfransı keçiriblər. Çeynənmiş söhbəti nə qədər uzatmaq olar? Hansı puldan söhbət gedir? Bu pul birgə quracağımız işə qoyulmuşdu, həmin iş də alınmadı. Bunu özləri də yaxşı bilirlər”.

Özünün və bacısının ölkə xaricinə çıxışına qadağa qoyulmasına gəlincə, K.Həsənli sualı cavablandırmaq istəmədiyini deyib: “Bu barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə dələduzluqda ittiham etdikləri Kamran Həsənli ilə bağlı mətbuat konfransı keçirəcəklərini bildirib.

12.59

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasındakı soyuq müharibə yenidən alovlanıb.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib.

“Kamran Həsənli elə bilməsin ki, bu iş unudulub. Xeyr, yaxın vaxtlarda mətbuat konfransı keçirib, baş verənləri ictimaiyyətə çatdıracağıq. Kamran Həsənlinin himayədarları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, xeyri olmayacaq. Necə ola bilər ki, beş min manat faizə görə kimsə cəzalandırılır, amma yüz min manat ortada batır? Hələ də pul geri qaytarılmayıb. Əsas odur ki, Kamranla bacısı Gülər xanımın ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlar heç yerə gedə bilməzlər”,- deyə vəkil bildirib.

Vəkil onu da əlavə edib ki, bu məsələ ilə bağlı heç bir istintaq işi aparılmayıb. İş yenidən Nərimanov Rayon Polis İdarəsinə qaytarılıb.

Xatırladaq ki, Samir Piriyev teleaparı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul bu günə qədər sahibinə qaytarılmayıb.

A.S.

 


Digər xəbərlər

0.39157485961914