Qrossmeyster Teymur Rəcəbov “CinemaPlus”un dəstəyi ilə qələbə qazandı – FOTO

  Bölmə: İdman | 81 | 17:03 07-08-2017

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” Cenevrədə “FIDE World Chess Grand Prix - 2017” mərhələsinin sonuncu raundunda qələbə qazanan dünya miqyaslı şahmatçı, çempion Teymur Rəcəbovun rəsmi partnyoru olub.

Kinoteatrdan Oxu.Az-a verilən xəbərə görə, idmançımız 20 000 avro məbləğində mükafat qazanıb və Qran-Pri yarışının liderlərindən olub. Bu mübarizə sonuncu deyil, noyabr ayında Palma-de-Mayorkada turnirin iki iştirakçısı müəyyən olunacaq. 

“CinemaPlus” kinoteatrı dünya miqyaslı yarışın qalibinin məhz qrossmeyster Teymur Rəcəbov olacağını və Azərbaycana növbəti vacib mükafat gətirəcəyini gözləyir. 

Turnirin rəsmi saytı:  https://worldchess.com/player/teimour-radjabov/

A.S.


Digər xəbərlər

0.52806401252747