Türklər Qarabağa tur təşkil edən erməni dövlət qurumlarının saytlarını dağıdıb

  Bölmə: Cəmiyyət | 117 | 18:27 07-08-2017

Türk hakerlər Ermənistanın İnkişaf Fondu və Ermənistan Dövlət Xidməti Şurasının rəsmi saytı da daxil olmaqla, bu ölkənin bir sıra elektron resurslarını sıradan çıxarıblar.

Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə ekspert Samvel Martirosyan məlumat verib.

O iddia edib ki, aksiya azərbaycanlı hakerlərə dəstək məqsədi daşıyıb. Nəticədə 7 erməni saytına haker hücumu təşkil edilib.

Məlum olub ki, dağıdılan domenlərin böyük əksəriyyəti Azərbaycanın işğal altındakı bölgələrinə səyahət turları təşkil edən qurumların saytlarına məxsusdur.

İ.F.


Digər xəbərlər

0.56042408943176