DİM nəticələri açıqladı – CƏDVƏL

  Bölmə: Cəmiyyət | 36 | 20:51 07-08-2017

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

DİM-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nəticələr avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirilib.

Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin “Azercell”, “Bakcell” və “Nar” nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma 
faizi

Azərbaycan 
bölməsi

Rus 
bölməsi

Bölmələr 
üzrə cəmi

Dövlət (ödənişsiz)

4279

3924

191

4115

96.17

Dövlət (ödənişli)

5063

4098

141

4239

83.73

Özəl

1125

631

18

649

57.69

Cəmi

10467

8653

350

9003

86.01

S.B.


Digər xəbərlər

0.46665406227112