Bakıda kişi sevdiyi qadını övladı ilə birlikdə qaçırdı

  Bölmə: Kriminal | 27 | 21:12 07-08-2017

Bakıda kişi sevdiyi qadını və onun iki yaşlı övladını qaçırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini 1978-ci il təvəllüdlü Yusifova Gülxanım Rəsul qızı müraciət edib. O qeyd edib ki, avqustun 5-də saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb. 

Qadının sözlərinə görə, Eldar Aytəni evlənmək məqsədi ilə qaçırıb. Hazırda polis faktla bağlı araşdırma aparır.

S.B.


Digər xəbərlər

0.471186876297