Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

  Bölmə: Dünya | 90 | 08:57 08-08-2017

Yaponiyada davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təxminən 1900 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətini 65 yaşdan yuxarı insanlar təşkil edir.

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 35 dərəcəni keçir.

Ölkədə hərarətin yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu, əvvəlki kimi, Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər. “El-Ninyo” iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

A.S.

 


Digər xəbərlər

0.44311904907227