Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək

  Bölmə: İdman | 36 | 09:18 08-08-2017

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi “Real Madrid”lə Avropa Liqasında uğur qazanan İngiltərənin “Mançester Yunayted” komandası Makedoniyada üz-üzə gələcəklər.

Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.

Qeyd edək ki, “Real Madrid” bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Superkubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kuboku muzeyinə aparmaq üçün meydana çıxacaq “Mançester Yunayted” isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008).

UEFA Superkuboku

8 avqust

22:45. “Real Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati

Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)

Dördüncü hakim: Klement Turpin (Fransa)

UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)

Makedoniya, Skopye. II Filip stadionu

A.M.


Digər xəbərlər

0.50738501548767