Azərbaycanın əməkdar mühəndisi vəfat etdi

  Bölmə: Cəmiyyət | 90 | 10:12 08-08-2017

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi, əməkdar mühəndis Yusif Qazıyev vəfat edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Y.Qazıyev 2008-ci ildən vəfat edənə qədər “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Qaziyev Yusif Cəbrayıl oğlu 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

A.M.


Digər xəbərlər

0.40788817405701