Qurban bayramında istirahət günlərinin sayı açıqlandı

  Bölmə: Cəmiyyət | 27 | 10:36 08-08-2017

Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 1, 2 sentyabr Qurban bayramıdır.

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

A.M.


Digər xəbərlər

0.60394906997681