Sumqayıtda qadın zorlanarkən öldürüldü

  Bölmə: Kriminal | 27 | 11:06 08-08-2017

Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. 

Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. 

Bu zaman qadın boğularaq ölüb. S.Bayramovanın meyitini orada qoyub qaçan F.Nuriyevi polislər saxlayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

E.Ə.


Digər xəbərlər

0.62265706062317