Beynəlxalq böhran ümumilikdə 60 trilyon dollar vəsaiti yox edib

  Bölmə: İqtisadiyyat | 18 | 11:09 08-08-2017

2007-ci ildə yaşanan beynəlxalq böhranda ümumilikdə 60 trilyon dollar vəsait yox olub.

Oxu.Az xəbər verir ki, böhrana səbəb olan banklara qarşı 321 milyard cəza tətbiq olunub. 

10 il əvvəl baş verən böhranın nəticələrinə qarşı  hələ də tədbirlər davam etdirilir. Avropa və ABŞ mətbuatında yer alan xəbərlərə əsasən, 60 trilyon dollara başa gələn böhranın iqtisadi və sosial sahədə təsirləri hələ də tam aradan qalxmayıb.

Qeyd edək ki, böhranla bağlı ABŞ banklarına 150 milyard dollar cəza verilib. Təkcə “Bank of America”ya qarşı 56 milyard dollar cərimə tətbiq edilib. Avropanın maliyyə təşkilatlarına isə ümumi 19 milyard dollarlıq cəza tətbiq olunub. Avropada ən ağır cərimə - 5.5 milyard dollarlıq cərimə “Royal Bank of Scotland”a qarşı irəli sürülüb.

Xatırladaq ki, 2007-2008-ci il ipoteka sektorundan başlayan maliyyə böhranı ABŞ-ın maliyyə sistemində uçquna və iqtisadiyyatın real sektorunda durğunluğa səbəb oldu. Həmçinin böhran dünya maliyyə bazarına və bütünlükdə iqtisadiyyatına mənfi təsir göstərdi. Bir sözlə, dünya ölkələrinin çoxu 1929-cu il Böyük Depressiyadan sonra ən böyük iqtisadi böhranla üzləşdi. 

L.Ə.


Digər xəbərlər

0.57198596000671