Hərbi dənizçilərimizin növbəti uğuru – VİDEO + FOTO

  Bölmə: Müharibə | 18 | 11:30 08-08-2017

“Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Rusiya HHD-nin “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.

A.M.


Digər xəbərlər

0.52414703369141