SOCAR ötən ay büdcəyə 130 milyon manata yaxın vəsait ödəyib

  Bölmə: İqtisadiyyat | 18 | 12:00 08-08-2017

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 mln. 954 min manat vəsait ödənilib.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 mln. 755 min manat və ya 101,4% çoxdur.

Cari ilin yanvar-iyul aylarında büdcəyə 914 mln. 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 mln. 625 min manat və ya 115,9% çoxdur.

L.Ə.


Digər xəbərlər

0.45616006851196