Bir zamanların məşhur müğənnisinin ürək ağrıdan videosu

  Bölmə: Şou-biznes | 36 | 12:15 08-08-2017

Uzun müddətdir psixoloji dəstək alan irlandiyalı müğənni Şineyd O Konnor “Facebook”da paylaşım edərək yaşadıqları haqqında danışıb.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, o, 12 dəqiqəlik videoda Nyu-Yorkda bir moteldə yaşadığını, intihara cəhd etdiyini deyib. On il əvvəl bipolyar pozuntu diaqnozu qoyulan müğənni tək olduğunu, hər gün həyatda qalmaq üçün mübarizə apardığını bildirib.

Psixoloji problemlərindən də danışan Konnor “Psixiatristimdən başqa həyatda heç kimim yoxdur, o, dünyanın ən yaxşı adamıdır” deyib.

Qeyd edək ki, 50 yaşlı Şineyd ötən ilin mayında velosipedlə gəzintiyə çıxmış və bir müddət ortadan itmişdi. Daha sonra bir hoteldə tapılan müğənninin psixoloji problemlərinin olduğu açıqlanmışdı.

Xatırladaq ki, “Nothing Compares” mahnısı ilə məşhurlaşan müğənni 2015-ci ildə sosial mediada dozadan artıq narkotik maddə qəbul etdiyi barədə paylaşım etmişdi.

A.S.

 


Digər xəbərlər

0.71695399284363