Azərbaycanın qaz gəlirləri artacaq

  Bölmə: İqtisadiyyat | 36 | 15:24 08-08-2017

ABŞ tərəfindən Rusiyaya qarşı qəbul edilən qanun Avropanın qaz bazarında qeyri-müəyyənliklər yarada bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “S&P”-nin hazırladığı analitik hesabatda qeyd edilir. Bildirilir ki, sanksiyalar yeni qaz boru kəmərlərinin çəkilişinə mane ola bilər. Layihələrin ləğv olunması da istisna edilmir: “Qazprom” 2019-cu ilə qədər yeni qaz kəmərlərini inşa etməzsə, Rusiyanın Avropaya qaz təhcizatı Ukrayna ilə danışıqlardan asılı olacaq. 

Xatırladaq ki, avqust ayının 2-də ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketi barədə qanun imzalayıb. Sənəddə  həmcinin “Şimal axını-2” qaz boru kəmərinin çəkilməsinə qarşı çıxılır.

L.Ə.

 


Digər xəbərlər

0.36008405685425