“Bitcoin” 23 faizə qədər bahalaşıb

  Bölmə: İqtisadiyyat | 351 | 16:48 08-08-2017

Dünyanın məşhur kriptovalyutası “Bitcoin” avqust ayının 1-dən iki virtual valyutaya - klassik “Bitcoin” və “Bitcoin Cash” bölündükdən sonra 23 faizə qədər bahalaşıb.

Oxu.Az ria.ru-ya istinadən xəbər verir ki, “Bitcoin”in dəyəri tarixi maksimuma - 3,4 min dollar yüksəlib.  

“Bitcoin Cash” (BCH) 17% faiz dəyər qazanaraq 358 dollar olub. Bununla belə, onun kapitalizasiyası 2 avqust tarixindəki 9 milyard dollardan 5,9 milyard dollara düşüb.

Ümumilikdə kriptovalyuta bazarının dəyəri 121 milyard dollara yüksəlib. Kapitalizasiyanın həcminə görə, birinci sırada  klassik “Bitcoin” qərarlaşıb. Klassik “Bitcoin”in bazar kapitalizasiyası 56,9 milyard dollar təşkil edir. Bu da kriptovalyuta bazarının 47%-nə bərabərdir.

İkinci sırada “Ethereum” kriptovalyutası yer alır. Onun bazar kapitalizasiyası 26 milyard dollardır. Üçüncü sırada “Ripple” gəlir. Bu kriptovalyutanın bazar dəyəri 6,8 milyard dollar təşkil edir. 

L.Ə.

 


Digər xəbərlər

0.58148097991943