Azərbaycanda insanlığa sığmayan hadisə – VİDEO

  Bölmə: Cəmiyyət | 72 | 22:00 08-08-2017

İmişli rayonunda insanlığa sığmayan hadisə baş verib. Bir qrup şəxs inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salıblar. Sürücü və onun yanındakı şəxs dilsiz heyvana əzab verərək onu suda fırladır və bu mənzərəyə baxaraq gülürlər. Həmin şəxslər, çirkin əməllərini mobil telefonla da çəkiblər.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, görüntülər rayonun Çahar kəndində lentə alınıb.

Bu hal təxminən 10-15 dəqiqə davam edir. Sonda onlar ekskavatorun çömçəsinə bağlanmış inəyi kənara sürüyərək açıb sərbəst buraxıblar.

S.B.


Digər xəbərlər

0.44605803489685