Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb

  Bölmə: Dünya | 189 | 03:00 09-08-2017

Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatında görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm  mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”.  

“Washington Post” qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən  iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir.     

Məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar.  Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü  - 20-30 kiloton təşkil etdiyini qeyd olunur.    

S.B.


Digər xəbərlər

0.48284602165222