Çində güclü zəlzələ nəticəsində 9 nəfər öldü, 164 nəfər yaralandı

  Bölmə: Dünya | 117 | 08:39 09-08-2017

Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə, xəsarət alanların sayı isə 164 nəfərə çatıb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli administrasiyanın məlumatında bildirilir.

Qeyd edək ki, ötən gün yerli vaxtla 21.19-da (Bakı vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə baş verib. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox afterşok qeydə alınıb.

A.S.

 


Digər xəbərlər

0.46292901039124