Zığ şosesində hərəkət edən avtomobil yandı – VİDEO

  Bölmə: İdman | 108 | 10:12 09-08-2017

Bakıda daha bir avtomobil yanıb.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, yanğın hadisəsi dünən gecə saat 23:30 radələrində baş verib. 

Zığ şosesində hava limanından şəhər istiqamətinə hərəkət edən “VAZ 21015” avtomobili qəfildən tüstülənərək yanmağa başlayıb. 

Sürücü və sərnişin heç bir xəsarət almadan avtomobili tərk edə bilib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib və yanğın söndürülüb.

Yanğın hadisəsinin videosunu təqdim edirik:

E.Ə.


Digər xəbərlər

0.39019989967346