Senator Con Makkeyn Donald Trampın siyasətini tənqid edib

  Bölmə: Dünya | 126 | 10:30 09-08-2017

ABŞ-ın nüfuzlu senatoru Con Makkeyn prezident Donald Trampı tənqid edib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, o, prezidenti “KXDR tərəfindən təxribat olarsa, alov və qəzəblə cavab verəcəyik” sözlərinə görə tənqid edib.

“Mən prezidentin şərhi ilə razı deyiləm. Əgər sən nəyisə edəcəyini bəyan edirsənsə, buna hazır olmalısan. Mən düşünmürəm ki, məsələyə belə yanaşmaq lazımdır”, - C.Makkeyn KTAR radiosunun efirində bildirib.

İ.F.


Digər xəbərlər

0.48240804672241