Paris yaxınlığında hərbçilərə hücum edilib, ağır yaralılar var

  Bölmə: Dünya | 18 | 12:00 09-08-2017

Fransa paytaxtı Parisin ətrafında yerləşən Levallua-Perre kommunasında “Sentinelle” əməliyyatında iştirak edən hərbçilərə hücum edilib.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, naməlum şəxs və ya şəxslər avtomobili hərbçilərin üzərinə sürüblər.

Yerli polis 6 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda polis hücumda istifadə edilən avtomobili axtarır.

İ.F.


Digər xəbərlər

0.48251986503601