Banklar xaricə olan borclarını azaldır

  Bölmə: İqtisadiyyat | 27 | 12:39 09-08-2017

Cari ilin 6 ayında kommersiya banklarının xarici öhdəliklərinin həcmi 6 milyard 800,4 milyon manat təşkil edib.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə bankların xarici öhdəliklərinin həcmi 1 271,13 milyon  manat azalıb. 

Ümumiyyətlə, ilin əvvəlindən bankların xarici öhdəliklərinin həcmi yüksək templə azalmaqdadır. İyunun 1-nə olan göstərici ilə müqayisədə iyul ayının 1-nə xarici öhdəliklər 28,8 milyon manat azalma nümayiş etdirib.

Ötən ilin müvafiq dövrünə nisbətdə isə bankların xarici öhdəliklərinin həcmi 174,6 milyon manat artıb.  

 L.Ə.

 

 

 


Digər xəbərlər

0.60009908676147