İmkansızlıq növbəti dəfə faciəyə səbəb oldu

  Bölmə: Cəmiyyət | 54 | 15:18 09-08-2017

Bakının Səbail rayonunda 32 yaşlı kişi özünə qəsd edib.

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Səbail rayon prokurorluğundan məlumat verilib.

Məmmədov Elvir Azər oğlu Salyan şosesində yerləşən evində özünü asıb. İntihar hadisəsi günorta saatlarında baş verib. İlkin araşdırma zamanı intiharın səbəbi məlum olub. Məmmədovun böyük məbləğdə borcu var imiş. Bu səbəbdən iki uşaq atası olan Məmmədov yarım il əvvəl həyat yoldaşından boşanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində Məmmədovun intihardan əvvəl yazdığı və həyatdan getmək qərarının səbəbini açıqladığı məktubu tapıblar: “Mən xoşbəxtəm, çünki bundan sonra heç kəs məndən pul istəməyəcək”.

Məlumata görə, Məmmədov özünə qəsdi boşandıqdan sonra yaşadığı bir tanışının evində gerçəkləşdirib. Faktla bağlı araşdırma aparılır.

E.Ə.


Digər xəbərlər

0.46839594841003