Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsi azalıb

  Bölmə: İqtisadiyyat | 18 | 15:33 09-08-2017

İyulun 1-nə banklardakı cəmi depozitlərin həcmi 21 milyard 595.4 milyon manat təşkil edib. 

Oxu.Az xəbər verir ki, depozitin 16 milyard 579,4 milyon manatı xarici valyutada olub. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64.4% təşkil
etdiyi halda, yarımilliyin sonuna 67.2% olub. 

Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21.2% artıb. Xarici valyutada əmanətləri isə 19.5% azalıb. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 73.4%-ə enib. 

Xarici valyutada depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi iyul ayının 1-nə 67,2 % olub. 

L.Ə.

 


Digər xəbərlər

0.36376690864563