“Dünya Göz” defolta düşdü

  Bölmə: İqtisadiyyat | 18 | 16:45 09-08-2017

Azərbaycanda da fəaliyyət göstərən, Türkiyənin məşhur “Dünya Göz” Xəstəxanası istiqraz ödəməsini reallaşdıra bilməyib. 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, şirkət bu səbəbdən defolta düşüb. 

Ödəməni edə bilmək üçün işlərin davam etdiyi açıqlanıb.

“Şirkətimiz  8 Avqust 2017-ci ildə başa çatan istiqraz üzrə əsas borcu və kupon ödənişini köçürə bilmədi”, - “Dünya Göz” bildirib.

“Dünya Göz” borcunu ödəyə bilmək üçün əmlakının bir hissəsini satmağı planlaşdırır.

İstiqraz üzrə ödənişin həyata keçirilməməsindən sonra şirkətin reytinqi düşüb.

Qeyd edək ki, “Dünya Göz”ün borcun restrukturizasiyası üçün istiqraz sahibləri ilə apardığı danışıqlar uğursuz olmuşdu.

E.Ə.


Digər xəbərlər

0.36497783660889