Zorlanaraq hamilə qalan 10 yaşlı qıza abort qadağan edildi

  Bölmə: Dünya | 27 | 19:45 09-08-2017

Hindistanın şimalında Çandirqarx şəhərində məhkəmə hamiləliyin doqquzuncu ayında olan 10 yaşlı qıza abort etməyə qadağa qoyub.

Oxu.Az-ın The Independent nəşrinə istinadən xəbərinə görə, qərar səkkiz mütəxəssisdən ibarət həkim konsultasiyasından sonra qəbul olunub. Onlar belə qənaətə gəliblər ki, uşaq qızın bətnindəki uşaq sağlamdır və məcburi abort azyaşlının həyatı üçün təhlükəlidir.

10 yaşlı qıza xüsusi pəhriz təyin olunub. O bundan sonra çoxlu yumurta, balıq, toyuq əti və meyvə yeməlidir. Həkimlər və polislər qızı nəzarətdə saxlayırlar. Qızın valideynləri qərardan narazı qalıblar, onlar ailədə daha bir uşaq istəmirlər.

Qeyd olunur ki, azyaşlı dayısıgildə qonaq olanda, o qızı bir neçə dəfə zorlayıb. Lakin azyaşlı valideynlərinə bu barədə heç nə deməyib. Qarın nahiyəsindən ağrılar başlayanda isə, onu həkimə göstəriblər və hamilə olduğu üzə çıxıb. 

Hindistan qanunlarına əsasən, hamiləliyin 20-ci həftəsindən sonra abort etmək qadağandır. İstisna yalnız məhkəmənin qərarı ilə ola bilər.

S.B.


Digər xəbərlər

0.41222405433655