İranda polis hovuz qırağında əylənən 64 gənci həbs etdi

  Bölmə: Dünya | 27 | 20:42 09-08-2017

İranın hüquq-mühafizə orqanlarının əməkdaşları İsfahan şəhərində şənlikdə iştirak edən 64 nəfəri həbs edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Associated Press nəşri İran televiziyasına istinadən məlumat verib.

Əyləncəli gecə hovuz kənarında keçirilib. Həm qız, həm də oğlanlar spirtli içki içiblər və rəqs ediblər. 

Şənliyin bəzi iştirakçıları fotolarını sosial şəbəkələrdə paylaşıblar. Bundan sonra polis onların izinə düşüb, və nəticədə 64 nəfər saxlanılıb.

S.B.


Digər xəbərlər

0.468101978302