Kirayə mənzil bazarında ev tapılmır – QİYMƏTLƏR BAHALAŞACAQ + VİDEO

  Bölmə: Cəmiyyət | 18 | 22:15 09-08-2017

Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir. Lakin ekspertlər sentyabr ayından Bakıda evlərin qiymətinin kəskin bahalaşacağını deyirlər.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, rieltorlar tələbatın daha çox köhnə tikililərə olduğunu deyirlər. 

Alqı-satqı ilə yanaşı kirayə verilən mənzillərdə də qiymətlərin ötən aylara və illərə nisbətən artacağı gözlənilir. Bakının bəzi rayonlarında isə indidən kirayə mənzil qıtlığı yaranıb.

Hazır mənzil bazarından fərqli olaraq torpaq alqı-satqısında durğunluq yaşanır. Qiymətlərin artacağı gözlənilmir.

S.B.


Digər xəbərlər

0.47780203819275