Türkiyədə qanunsuz çalışan miqrantların sayı açıqlandı

  Bölmə: Cəmiyyət | 18 | 10:00 10-08-2017

Türkiyə qonşu ölkələrdən olan əmək miqrantları üçün regional mərkəzə çevrilib.

Oxu.Az-ın haqqin.az-a istinadən verdiyi məlumata görə,  Ermənistandan 150 min, Gürcüstandan isə 100 min qeyri-qanuni miqrant Türkiyədə çalışır.

Bundan başqa, Türkiyədə Afrika və ərəb ölkələrindən, İran, Qazaxıstan, Türkmənistandan olan əmək miqrantları qeyri-qanuni əsasda işləyir.

Türkiyədə həmçinin 3 milyona yaxın suriyalı qaçqın yaşayır. Məlumata görə, qanunsuz miqrantların sayının artması hökuməti daha sərt tədbirlərə əl atmağa vadar edir. 

İ.F.


Digər xəbərlər

0.40863990783691