Azərbaycanda kərə yağı bahalaşdı

  Bölmə: İqtisadiyyat | 9 | 13:06 10-08-2017

Azərbaycanda kərə yağının qiyməti bahalaşıb. 

Oxu.Az xəbər verir ki, ticarət şəbəkələrində kiloqramı 14,8 manata satılan “Ankor” yağının qiyməti 15,2 manata yüksəlib. 

Qeyd edək ki, Azərbaycan yağa olan tələbatını idxal hesabına ödəyir. Cari ilin 6 ayında ölkəyə 32 688.14 min dollar dəyərində - 7 767.35 ton kərə yağı idxal edilib. 

L.Ə.


Digər xəbərlər

0.46492004394531