Türkiyədə ABŞ hərbi təyyarəsinə hücum planlaşdırılırdı

  Bölmə: Dünya | 18 | 13:30 10-08-2017

Türkiyədə ABŞ hərbi təyyarəsinə hücum etməyə hazırlaşan Rusiya vətəndaşı yaxalanıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İŞİD üzvü olduğu ehtimal edilən Renat Bakiyev adlı rusiyalı ABŞ təyyarəsinə pilotsuz uçuş aparatı vasitəsilə hücum etməyi planlaşdırıbmış.

Polis Bakiyevin sosial şəbəkədə digər İŞİD üzvü ilə yazışmasını aşkarlayıb. Yazışmada Türkiyədəki İncirlik hərbi bazasında olan ABŞ hərbi təyyarələrinə hücum təşkil etmək üçün pilotsuz uçuş aparatının alınmasından bəhs olunur. Saxlanılan şəxs daha əvvəl velosipedlə hərbi bazanın ətrafında kəşfiyyat aparıb.

R. Bakiyevin vaxtilə qanunsuz olaraq Suriyaya keçmək istəyərkən saxlanılaraq deportasiya edildiyi, lakin daha sonra yenidən Türkiyəyə daxil olduğu bildirilir.

A.M.


Digər xəbərlər

0.47788715362549