Güləşçilərimizin gecikmiş maaşları ilə bağlı qərar verildi

  Bölmə: İdman | 18 | 14:27 10-08-2017

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçiriblər.

E.Ə.


Digər xəbərlər

0.47646403312683