Rusiya qırıcı təyyarələrini palma yağı və qəhvəyə dəyişir

  Bölmə: Dünya | 27 | 15:12 10-08-2017

Rusiyanın 11 çoxməqsədli qırıcı təyyarəsi “Су-35” ilk dəfə İndoneziyaya göndəriləcək. Çox güman ki, onların ödənişi palma yağı və qəhvə ilə barter vasitəsilə həyata keçiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İndoneziya və Rusiya arasında “Су-35” qırıcı təyyarələrin satışı barədə bağlanan memorandumu müzakirə edilir. 

Memoranduma əsasən, Rusiyanın 4 ++ nəslindən olan çoxməqsədli yüksəkmanevrli qırıcıları mübadilə ilə göndəriləcək. Avqustun əvvəlində “Ростех” və “PT Perusahaan Perdagangan Indonesia” dövlət şirkəti niyyət memorandumu imzalayıblar. 

Barter 11 “Су-35” təyyarəsini qəhvə, çay, palma yağı, eləcə də, İndoneziya sənayesinin perspektivli məhsul mübadiləsini nəzərdə tutur. Rusiyaya göndəriləcək İndoneziya mallarının sayı və sövdələşmənin məbləği barədə məlumat verilməyib.

E.Ə.


Digər xəbərlər

5.9593110084534