Bakı toza büründü: XƏBƏRDARLIQ – VİDEO + YENİLƏNİB

  Bölmə: Cəmiyyət | 27 | 15:21 10-08-2017

Havada müşahidə olunan toz lokal xarakter daşıyır.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu toz dumanı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, bürodan Report-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Bakıda toz dumanı yoxdur: “Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun səbəbi hava şəraitinin küləkli olmasıdır. Dünən verilən hava proqnozunda qeyd olunmuşdu ki, bu gün, avqustun 10-da Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir güclənəcək”.

12:37

Bakının isti havalarından sonra güclü külək şəhəri toza bürüyüb. 

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxtdakı güclü külək “Sovetski”dəki tozu paytaxtın üstünə səpib. 

Tozanaq “İçərişəhər” metrosu yaxınlığındakı yaşayış binalarına da çatıb.

E.Ə.


Digər xəbərlər

0.43642401695251