Azərbaycan-San Marino oyununun biletləri satışa çıxarıldı

  Bölmə: İdman | 27 | 18:36 10-08-2017

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.

Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

VIP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San Marino matçı saat 20:00-da başlayacaq.

E.Ə.


Digər xəbərlər

0.41601514816284