Bakıda güclü yanğın, yollar bağlanıb – YENİLƏNİB + VİDEO + FOTO

  Bölmə: Cəmiyyət | 9 | 22:24 10-08-2017

Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, nəticədə binanın dam örtüyü yanıb.

Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib. 

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerində əməliyyat qərargahı yaradıb. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır.

20:25

Paytaxtın Binəqədi qəsəbəsinin mərkəzində tikinti materialları mağazasında yanğın baş verib.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, əraziyə gedən və gələn yollar bağlanıb.

Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım briqadaları gəlib.

Şahidlərin sözlərinə görə, yaralı var.

S.B.


Digər xəbərlər

0.42354512214661