Ramil Quliyev: Arzum bu idi ki, çempion olub, Azərbaycan bayrağı ilə dövrə vurum – VİDEO

  Bölmə: İdman | 18 | 09:48 11-08-2017

Londonda keçirilən Dünya Çempinonatında Türkiyə təmsilçisi kimi qızıl medal qazanan azərbaycanlı Ramil Quliyev jurnalistlərə açıqlama verib.

Oxu.Az xəbər verir ki, Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşən azərbaycanlı sprinter bildirib ki, çempion olması onun arzusu olub:  "Arzum bu idi ki, çempion olub, Azərbaycan bayrağı ilə dövrə vurum".

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq dünya çempionu adını qazanıb. O, qələbəni Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib. Bu çempionluğa görə 60 min dollar mükafat alacaq.

Türkiyə isə Ramil Quliyevə mükafat olaraq 375 cumhuriyyət qızılı verəcək. Ramil Quliyev 2011-ci ildən Türkiyə yığmasındadır. O, dünya üzrə 100 metr yarışlarında 10 saniyənin altında nəticə göstərmiş 3 ağdərili atletdən biridir.

Elvin Əhmədov


Digər xəbərlər

0.43577313423157