Amerikalı həmsədr: Hərbi toqquşma ehtimalını aşağı endirməliyik - YENİLƏNİB

  Bölmə: Siyasət | 27 | 11:42 11-08-2017

“Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər”.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Azadlıq" radiosunun Azərbaycan və Ermənistan xidmətlərinə müsahibəsi zamanı deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: “Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır”.

Səfir Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub: “İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin biz işimizi davam etdirmək niyyətindəyik”.

11:26

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin etimadın möhkəmləndirilməsi istiqamətində addım atmalarının vaxtı çatıb".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Azadlıq" radiosunun Ermənistan və Azərbaycan dilində yayımlanan xidmətlərinə müsahibəsində deyib. O, ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən addımlar atılacaq: "Mən başa düşürəm ki, hazırda tam demilitarizasiya mümkün deyil. Lakin biz hərbi toqquşma ehtimalını aşağı endirməliyik. İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durubsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var". 

A.H.


Digər xəbərlər

0.49308300018311