Hansı bölgələrin sakinlərinin banklarda dolları daha çoxdur? - Statistika

  Bölmə: İqtisadiyyat | 63 | 11:42 11-08-2017

Cari ilin iyul ayının 1-nə banklarda fiziki şəxslərin 6 milyard 907.1 milyon manat əmanəti olub.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin 5 milyard 68.7 milyon manatı və ya 73,4%-i xarici valyutada, 1 milyard 838.4 milyon manatı və ya 26,6%-i milli valyutadadır.

Qeyd edək ki, əmanətlər üzrə ən yüksək orta faiz dərəcəsi Abşeron rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda banklar əmanətləri 6,4 faizlə cəlb edilər. Naxçıvan Muxtar Respublikasında isə əmanətlər üzrə orta faiz dərəcəsi 2,3 faiz təşkil edir. 

Daha çox əmanət cəlbi isə Bakı şəhəri üzrə reallaşdırılıb. Paytaxtda əhali banklara 6 ayda 6342178.5 min manat yerləşdirib.

L.Ə.


Digər xəbərlər

0.49065089225769