Araz Abdullayev rəsmən Kipr klubunda

  Bölmə: İdman | 18 | 12:24 11-08-2017

“Qəbələ”nin və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək.

Oxu.Az sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Anortosis” klubuna keçib. Abdullayev Famaqusta təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə “Neftçi”də çıxış edib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. Araz 2017-ci ilin qış transfer pəncərəsində “Qəbələ” ilə müqavilə imzalamışdı.

Abdullayev millimizdə 2008-ci ildən çıxış edir.

A.H.


Digər xəbərlər

0.52866291999817