“Qırmızı Kitab”a düşmüş quşu gəlir mənbəyinə çevirən şəxs cərimələnib

  Bölmə: Cəmiyyət | 36 | 15:15 11-08-2017

Adı “Qırmızı Kitab”a düşmüş vəhşi quşu istismar edən şəxs cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Qubada reyd zamanı aşkarlanan vəhşi quş təbiətə buraxılıb.

Məlumata görə, araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı “Qırmızı Kitab”a düşmüş vəhşi quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, inzibati qaydada 400 manat məbləğində cərimə olunub. 

İ.F.


Digər xəbərlər

0.43381285667419