“Kopenhagen” “Qarabağ” azarkeşlərinə müraciət etdi

  Bölmə: İdman | 36 | 15:33 11-08-2017

“Kopenhagen” Çempionlar Liqasının “play-off” mərhələsində keçirəcəyi oyunlarla əlaqədar “Qarabağ” azarkeşlərinə müraciət edib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Danimarka klubunun saytında rəsmi açıqlama yerləşdirilib.

Ağdam komandası fanatlarına avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45-də cavab oyununun təşkil olunacağı “Parken” stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydalarına riayət etmək barədə xəbərdarlıq edib. O da  qeyd olunub ki, qonaq komanda tərəfdarları biletləri yalnız “Qarabağ” vasitəsilə əldə edə bilərlər.

“Parken” stadionu 38 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq,  “Qarabağ” azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.

Xatırladaq ki, ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.

E.Ə.


Digər xəbərlər

0.43036293983459