Dəkkə beynəlxalq aeroportunda yanğın var

  Bölmə: Dünya | 27 | 15:39 11-08-2017

Banqladeşin paytaxtı Dəkkə beynəlxalq aeroportunda yanğın baş verib.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yanğınla əlaqədar sərnişin və aeroport əməkdaşları təxliyyə edilib.

Aeroport nümayəndəsinin sözlərinə görə, yanğın aeroportun binasında başlayıb. Hadisə yerinə yanğın söndürənlər cəlb olunub.

Aeroportda elektrik verilişi dayandırılıb. Şahidlərin sözlərinə görə, aeroport binasında güclü tüstülənmə var.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

İ.F.


Digər xəbərlər

0.480064868927