Rusiya universitetlərinin bu filialları ləğv edildi

  Bölmə: Cəmiyyət | 27 | 15:48 11-08-2017

Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidməti üç ali təhsil müəssisəsi və bir filialın lisenziyasını tamamilə ləğv edib.

Oxu.Az report-a istinadən xəbər verir ki, bu haqda xidmətin məbuat katibliyi məlumat yayıb.
Lisenziyası ləğv edilən ali təhsil müəssisələri bunlardır: Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Vladimir Biznes İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutu, Lipetsk İqtisadi-Hüquq İnstitutunun Boronej filialı.

Qərara görə, cari ildən bu ali təhsil müəssisələrinə qəbul keçirilə bilməz, ancaq tələbələrin təhsili davam edəcək.

Tələbələrə həmin institutları uğurla bitirmələrinə dair diplomlar veriləcək. 

A.H.


Digər xəbərlər

0.56757211685181