ASAN-da böyük növbə yaranıb – VİDEO

  Bölmə: İqtisadiyyat | 36 | 15:51 11-08-2017

“28 May” Metrostansiyasının yaxınlığında yerləşən 2 saylı ASAN Kommunalda böyük növbə yaranıb. 

Oxu.Az bu barədə Qafqazinfo-ya sözügedən növbədə olanlar şikayət edib. 

Onlar bildiriblər ki, hazırda xidmətə müraciət edənlər çox olsa da, cəmi 2-3 nəfər xidmət göstərir ki, bu da nəticədə böyük növbə yaradıb: “Hamı narazılıq edir, ancaq ASAN Komunal əməkdaşları məhəl qoymurlar. İnsanların üstünə qışqırırlar, polislə hədələyirlər.

Bu sıxlığa baxmayaraq, operatorlar saat 12:30-dan nahar fasiləsindədir. 14:40-dir, hələ də baxan yoxdur”. 

Gözləyən vətəndaşlar dünəndən gəldiklərini, ancaq növbəyə düşə bilmədiklərini deyiblər. 

Onların sözlərinə görə, operatorlar problemin “Azəriqaz” QSC ilə bağlı olduğunu deyib. Kütləvi şəkildə sayğaclar blok olduğuna görə, son 2-3 gündə tıxac yaranıb.

L.Ə.


Digər xəbərlər

0.47911095619202